media-videoedited
media-68f8e881b8fd368f8e881b8fd4176114291368f8e881b8fd168f8e881b8fd2
media-shehidler_olmez_baner_full

“Orta Dəhliz marşrutu ilə yük dövriyyəsi sürətlə artır”.

ERAmedia  xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

O, 2022-ci ildə Çindən yalnız bir-iki konteyner qatarının göndərildiyini, ötən ildə isə onların sayının 18-ə yüksəldiyini bildirib.

“Bu ilin ilk doqquz ayında biz artıq təxminən 290 qatar qəbul etmişik. İlin sonuna qədər Azərbaycan ərazisindən 400 konteyner qatarının keçəcəyini gözləyirik. Əvvəllər yüklərin Qazaxıstan-Çin sərhədindən Batumiyə qədər çatdırılması üçün 53 gün tələb olunurdusa, hazırda cəmi 18 gün kifayət edir. Məqsədimiz yüklərin həcmini üç dəfə artırmaqdır”, – nazir deyib.


media-adspc

Bənzər xəbərlər