media-whatsapp-image-2026-04-13-at-11-56-31

Nigeriyanın Zamfara ştatında silahlı hücum nəticəsində 18 nəfər ölüb.

ERAmedia-nın məlumatına görə, ştatın informasiya və mədəniyyət komissarı Mahmud Dantavasa yerli qəzetə bildirib ki, silahlı şəxslər motosikletlərlə Bunkasau kəndinə hücum ediblər.

Onun sözlərinə görə, hücum nəticəsində 18 nəfər həlak olub, daha çox insan isə yaralanıb.

Zamfara ştatının qubernatoru Dauda Lawal hadisəni pisləyərək bunu dinc sakinlərə qarşı mənasız zorakılıq aktı adlandırıb.

Nigeriya uzun müddətdir həm silahlı dəstələrin, həm də “Boko Haram” terror təşkilatının və İŞİD-in (ISWAP) qolu olan qrupların hücumları ilə üzləşir.

İnsan oğurluğu ölüm cəzası ilə cəzalandırılsa da, fidyə məqsədilə oğurluq halları hələ də tez-tez baş verir. Silahlı qruplar adətən ölkənin şimalında kəndləri, məktəbləri və səyyahları hədəf alaraq fidyə tələb edirlər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər