media-bernem-1140x570-jpg

Endi Bernem Böyük Britaniyanın Leyborist Partiyasının yeni lideri olub.

ERAmedia-nın “Sky News” telekanalına istinadən xəbərinə görə, bu barədə Böyük Britaniyanın hakim partiyasının Milli İcraiyyə Komitəsinin rəhbəri Şabana Mahmud xüsusi konfrans zamanı məlumat verib.

Nəzərə alsaq ki, leyboristlər hakimiyyətdədirlər, 56 yaşlı siyasətçi Kir Starmerin tərk etməyə qərar verdiyi baş nazir postunu tutacaq. Dauninq-stritdə liderlərin dəyişikliyi iyulun 20-nə planlaşdırılıb.

Leyboristlər Partiyasının liderliyinə namizədlərin irəli sürülməsi müddəti iyulun 15-də başa çatıb, lakin Böyük Mançesterin keçmiş meri Bernemdən başqa heç kim öz namizədliyini irəli sürməyib. Endi Bernemi 403 leyborist deputatdan 369-u və partiyaya bağlı bütün həmkarlar ittifaqları dəstəkləyib. Beləliklə, o, Leyboristlər Partiyasının alternativsiz əsasda lideri olub və ya Britaniya KİV-in dediyi kimi, bu posta (vəzifəyə) “taclandırılıb”.


media-adspc

Bənzər xəbərlər