media-17846399511913745750_1200x630

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem Nazirlər Kabinetinin ilk iclasını keçirib.

ERAmedia xəbər verir ki, iclasdan əvvəl yeni hökumətin nazirləri 10 Dauninq Stritə, Baş nazirin rəsmi iqamətgahına gəlməyə başlayıblar. Kabinet iclasında iştirak etmək üçün əvvəlcə mənzil məsələləri üzrə nazir Metyu Pennikuk və təhsil naziri Lüsi Pauell Dauninq Stritə gəliblər.

Daha sonra müdafiə naziri Ues Stritinq, Şimali İrlandiya üzrə Dövlət katibi Kris Brayant və yenidən mənzil məsələləri naziri təyin edilən Ancela Reyner Baş nazirin iqamətgahına daxil olublar. Yeni maliyyə naziri Con Hili də ilk kabinet iclasında iştirak etmək üçün Dauninq Stritə gəlib. O, Kir Starmer hökumətində müdafiə naziri vəzifəsində çalışsa da, müdafiə xərcləri ilə bağlı fikir ayrılığı səbəbindən istefa vermişdi.

Bundan başqa, bərabərlik məsələləri naziri Bricit Fillipson və ətraf mühit naziri Ancela İql da ilk kabinet iclasında iştirak etmək üçün Dauninq Stritə gəliblər.

İclasda Endi Börnhem hökumətin əsas prioritetinin əhalinin yaşayış xərclərinin azaldılması olacağını bildirib.

Qeyd edək ki, Endi Börnhem hökumətinin tərkibi bazar ertəsi axşam açıqlanıb. Yeni Baş nazir əvvəlki hökumətin bir sıra nazirlərini vəzifədən azad edərək yeni kabinet formalaşdırıb.


media-adspc

Bənzər xəbərlər