media-edtttjpg-1738047414jpg-1763464764

İran, ABŞ və İsrail arasında davam edən müharibənin 16-cı günündə qarşılıqlı bombardmanlar sürərkən, Ərəb Dövlətləri Liqası regiondakı böhranı daha da dərinləşdirə biləcək addımlara qarşı ortaq mövqe nümayiş etdirib.

ERAmedia xəbər verir ki, Ərəb Liqasının baş katibinin müavini Faid Mustafa Sərhədsiz Həkimlər (MSF) təşkilatının nümayəndə heyəti ilə görüşdən sonra açıqlama yayıb.

Açıqlamada İsrailin Qəzza və İordan çayının qərb sahilində fəaliyyət göstərən yardım təşkilatlarına qarşı siyasətinə diqqət çəkilib. Bildirilib ki, İsrailin fevral ayında başladığı və MSF daxil olmaqla bir çox humanitar təşkilatın fəaliyyətini dayandırmasına səbəb olan qərar “təhlükəli nəticələr” doğura bilər.

Qeyd olunub ki, bu qadağalar Qəzza və İordan çayının qərb sahilində yüz minlərlə insanı tibbi yardımdan və əsas ərzaq təminatından məhrum edə bilər və onsuz da ağır olan səhiyyə böhranını idarəolunmaz həddə çatdıra bilər. Ərəb Liqası beynəlxalq ictimaiyyəti bu məhdudiyyətlərin aradan qaldırılması üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Ərəb Liqasının gündəmində olan digər mühüm məsələ isə Məscidül-Əqsanın ibadət üçün bağlanması olub. Birlik İsrailin məscidin qapılarını müsəlmanlara bağlamasını “beynəlxalq hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirib və “İsrailin Məscidül-Əqsa üzərində heç bir suverenliyi yoxdur” bəyanatını səsləndirib.

Sənəddə həmçinin vurğulanıb ki, Şərqi Qüds Fələstinin paytaxtıdır. Ərəb Liqası BMT Təhlükəsizlik Şurasını müqəddəs məkanların qorunması üçün təcili tədbirlər görməyə çağırıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər