Günün vaxtları beyinə necə təsir edir?
ERAmedia xarici mediaya istinadən xəbər verir ki, günün müxtlif vaxtları insan orqanizminə, onun iş fəaliyyətinə fərqli təsir göstərir. Araşdırmalardan məlum olub ki, bu insanın sağlam həyat tərzi keçirməsində də müsbət rol oynayır…
1. Səhər saat 6-dan 7-yə qədər uzunmüddətli yaddaşın ən yaxşı işlədiyi “pəncərə”dir; bu dövrdə alınan bütün məlumatlar asanlıqla mənimsənilir.
2. Səhər saat 8-dən 9-a qədər məntiqi düşüncənin işə düşdüyü vaxtdır və bu, eyni zamanda yadda saxlama və təhlili əhatə edən hər hansı bir fəaliyyət üçün ən yaxşı vaxtdır.
3. Səhər saat 9-dan 10-a qədər informasiya və statistika ilə işləmək üçün optimal vaxtdır.
4. Saat 11-dən 12-yə qədər intellektual performansın azaldığı vaxtdır, buna görə də diqqətinizi musiqi dinləmək kimi diqqəti yayındıran bir şeyə yönəltmək ən yaxşısıdır.
5. Saat 11-dən 2-yə qədər nahar üçün ən yaxşı vaxtdır. Bu saatlar Şərqdə qidanın ən yaxşı həzm edildiyi və mənimsənildiyi “həzm odu” kimi tanınan zirvəni qeyd edir.
6. Saat 12:00-dan 18:00-a qədər aktiv iş üçün ideal vaxtdır. Günün sonrakı hissəsində işləmək beyni gərginləşdirir. Bu cür həddindən artıq gərginliyin ilk əlamətləri yuxuya getməkdə çətinlik çəkməkdir.
7. Saat 21:00-dan 23:00-dək zehn və sinir sistemi ən tam istirahətini yaşayır.
8. Saat 23:00-dan 01:00-dək yuxu zamanı incə enerji aktiv şəkildə bərpa olunur. Çin təbabətində buna “qi”, hind yoqları “prana”, müasir elm isə buna sinir və əzələ gücü deyir.
9. Saat 01:00-dan 03:00-dək yuxu zamanı insan emosional enerjisini bərpa edir.
Tamilla Manaf










