Yeni Dehlidə BRİKS+ formatında növbəti iclas keçirilir
Yeni Dehlidə BRİKS+ formatında növbəti iclas başlayıb.
ERAmedia xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri proqramı çərçivəsində keçirilən sonuncu tədbirdir.
Hindistanın Baş naziri Narendra Modi bildirib ki, BRİKS ölkələri yoluxucu xəstəliklərin yayılmasına cavab vermək üçün inteqrasiya olunmuş sistem yaradılması barədə razılığa gəliblər. Sistem mümkün yoluxucu xəstəlik epidemiyalarına qarşı daha koordinasiyalı və operativ tədbirlər görülməsini nəzərdə tutur.









