İran və Oman razılığa gəliblər
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılığa gəliblər.
ERAmedia xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəyi qeyd edib ki, bu razılaşma yalnız İran və Oman arasında əldə olunub.
Razılığa əsasən, boğaz vasitəsilə körfəzə giriş tamamilə İranın ərazi suları daxilində olacaq, çıxış yolunun bir hissəsi isə İranın ərazi sularını əhatə edir.









