media-17846582075038138822_1200x630

Rumıniyanın milli xəbər agentliyi “AGERPRES” İranın Bolqarıstana ABŞ-nin mümkün hərbi əməliyyatlarına dəstək verməməsi ilə bağlı xəbərdarlıq etdiyini yazıb.

ERAmedia xəbər verir ki, agentliyin məlumatına görə, Tehran Sofiyanı öz ərazisinin və hərbi infrastrukturunun ABŞ qüvvələri tərəfindən İrana qarşı əməliyyatlar üçün istifadə olunmasına imkan verməməyə çağırıb.

Məqalədə bildirilir ki, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bu mövqeni rəsmi nota vasitəsilə Bolqarıstan tərəfinə çatdırıb. O vurğulayıb ki, İran öz milli təhlükəsizliyini və suverenliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

“AGERPRES” qeyd edir ki, xəbərdarlıq ABŞ-nin Bolqarıstandakı hərbi obyektlərdən və hava bazalarından Yaxın Şərqdə mümkün əməliyyatlar üçün istifadə imkanlarının müzakirə olunduğu vaxta təsadüf edir. Sofiya isə indiyədək ölkə ərazisinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilmədiyini bəyan edib.

Rumıniya agentliyi yazır ki, Vaşinqtonla Tehran arasında gərginliyin artması fonunda Balkan ölkələri də regional təhlükəsizlik məsələlərində diqqət mərkəzinə çevrilib. “AGERPRES”in qiymətləndirməsinə görə, İranın Bolqarıstana ünvanladığı mesaj bölgədə yaranmış gərginliyin Cənub-Şərqi Avropaya da təsir göstərə biləcəyini nümayiş etdirir.


media-adspc

Bənzər xəbərlər