media-iran

İran Silahlı Qüvvələrinin müharibəni idarə edən bölməsi olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahı ABŞ-ın İrandakı nüvə obyektlərinə hücum edəcəyi təqdirdə bunun bölgədəki müharibənin genişləndirilməsi kimi qiymətləndiriləcəyini açıqlayıb.

ERAmedia xəbər verir ki, Tehran rəhbərliyi belə bir addımın ABŞ-ın bölgədəki bütün maraqlarını və müttəfiqlərini hədəfə çevirəcəyini bildirib.

Xatəmül-Ənbiya Mərkəzi Qərargahı Vaşinqtonun İranın nüvə obyektlərinə qarşı hücum təhdidlərinə dair yazılı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ-ın nüvə obyektlərini hədəf alması yalnız İrana qarşı hücum kimi deyil, həm də regional müharibənin daha geniş coğrafiyaya yayılması kimi qiymətləndiriləcək.

İran tərəfi bildirib ki, ABŞ İranın nüvə stansiyalarına hücum edəcəyi təqdirdə bu addım müharibənin genişləndirilməsi hesab olunacaq və ABŞ-ın bölgədəki maraqları, eləcə də onun müttəfiqləri mümkün hədəflərə çevriləcək.

ABŞ prezidenti Donald Tramp isə daha əvvəl İranın Natanz nüvə stansiyası yaxınlığında yerləşən və tərkibində sentrifuqaların olduğu iddia edilən Kazma dağı ərazisinin “çox yaxın zamanda və çox güclü şəkildə” vurulacağını açıqlamışdı.


media-adspc

Bənzər xəbərlər