media-whatsapp-image-2026-03-16-at-12-44-39-2

Bu gün səhər tezdən Xomeyn şəhərində Şəhid Xomeyni adına oğlan məktəbinə ABŞ və İsrail tərəfindən hava zərbəsi endirilib.

ERAmedia xəbər verir ki, bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

Daha sonra Mehr xəbər agentliyi vilayətin qubernator müavininə istinadən bildirib ki, Xomeyn şəhərində məktəbə hücum həyata keçirilib. Onun sözlərinə görə, hadisə nəticəsində ölən yoxdur, lakin məktəbin ətrafındakı bir neçə yaşayış evi zərər görüb.

İran Qırmızı Aypara Cəmiyyəti də “Telegram” kanalında daha əvvəl Fars agentliyinin paylaşdığı eyni fotoları yayımlayıb və paylaşımda “Xomeyndə məktəbə hava zərbəsi” qeydini yerləşdirib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər