İsrailin müdafiə naziri: "İranın yeni lideri hədəfimiz olacaq"
İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, İran rejimi tərəfindən təyin olunacaq istənilən yeni lider İsrailin hədəfinə çevriləcək.
ERAmedia-nın xarici mətbuata istinadən məlumatına görə, nazir bildirib ki, “İsraili məhv etmək planını davam etdirmək, ABŞ-a, azad dünyaya və region ölkələrinə təhdid yaratmaq, həmçinin İran xalqını sıxışdırmaq üçün təyin edilən hər bir lider qeyd-şərtsiz şəkildə zərərsizləşdiriləcək hədəf olacaq”.
Onun sözlərinə görə, baş nazir və o, İsrail Müdafiə Qüvvələrinə bu missiyanın əməliyyatın məqsədlərinin ayrılmaz hissəsi kimi yerinə yetirilməsi üçün bütün vasitələrlə hazırlaşmaq və fəaliyyət göstərmək tapşırığı veriblər.
Kats əlavə edib ki, İsrail bu istiqamətdə amerikalı tərəfdaşları ilə birlikdə bütün gücü ilə hərəkət etməyə davam edəcək.










