media-thumbs_b_c_7ddf17eb1a21c411ccafc77b70b21278

Yanvarın 12-nə gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanında nəzərdə tutulan 54 uçuş (qalxış və eniş) təxirə salınıb.

ERAmedia xəbər verir ki, bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin media müşaviri Yahya Üstün məlumat verib.

Onun sözlərinə görə, qərar Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edilib. Uçuşlarla bağlı ən son məlumatlar THY-nin rəsmi səhifəsində yayımlanır.

Qeyd edək ki, sabaha gözlənilən güclü qar səbəbindən İstanbulda təhsil müəssisələrində dərslərə birgünlük fasilə verilib.


media-adspc

Bənzər xəbərlər