İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb
İstanbul boğazında gəmilərin hərəkəti duman səbəbindən saat 04:53-dən etibarən ikitərəfli olaraq dayandırılıb.
ERAmedia xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.
Məlumatda boğazdakı gəmilərin hərəkətinin dayandırıldığı bildirilib.
Şəhərin şimal bölgələrində dumanın daha qatı olduğu müşahidə edilib.










