media-1776374398_muhammed-seman-aga-a-2454376

İraqın Kərkük şəhərində İraq Türkmən Cəbhəsinin rəhbəri Məhəmməd Seman Ağa rəhbər seçilib.

ERAmedia xəbər verir ki, Ağanın təyinatı ilə Kərkükün idarəçiliyi 100 ildən sonra ilk dəfə türkmənlərə keçib.

Kərkük Vilayət Şurasının iclasında keçmiş qubernator Rebvar Tahanın istefası qəbul edillib və şura üzvləri İTC-nin rəhbəri Ağanı yeni vali seçiblər.

Qeyd edək ki, Məhəmməd Seman Ağa (Həsən Turan kimi tanınır – red.) İraq türkmənlərinin siyasi hüquqlarını müdafiə edən ən böyük çətir təşkilatı olan İraq Türkmən Cəbhəsinin (İTC) hazırkı rəhbəridir. 1962-ci ildə Kərkükdə anadan olan Turan əslən kənd təsərrüfatı mühəndisidir və uzun illərdir İraq siyasətində türkmən icmasını təmsil edir.


media-adspc

Bənzər xəbərlər