media-tass_82379229-1-768x432

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 23-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubio ilə görüşəcəyini bildirib.

ERAmedia xəbər verir ki, o, bunu Filippində ASEAN xətti ilə keçirilən tədbirlərdən sonra deyib.

“Görüş artıq razılaşdırılıb. Dünən qəbulda Marko Rubio ilə qısa vaxt ərzində ünsiyyət qura bildik və görüşün sabah günün birinci yarısında keçiriləcəyini təsdiqlədik. Ümid edirəm ki, təəssüratlarımız barədə sizi hər hansı bir şəkildə məlumatlandırmaq imkanımız olacaq”, – deyə S.Lavrov vurğulayıb.


media-adspc

Bənzər xəbərlər