Livan-İsrail danışıqları başa çatdı
Livan və İsrail nümayəndələri arasında münaqişənin həlli ilə bağlı görüş iki saatdan çox davam edib.
ERAmedia xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
“Dövlət katibi Marko Rubionun sədrliyi ilə İsrail və Livan səfirləri arasında keçirilən görüş başa çatdı. Görüş iki saatdan çox davam etdi”, – deyə portalın jurnalisti Barak Ravid sosial şəbəkədə yazıb.
Görüşlə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.










