media-1764573254_1760098738-d6ec4c17049f0aae251de227178e3ef8
media-bant_master

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.

ERAmedia-nın məlumatına görə, bu barədə Agentliyin mətbuat katibi Diana Dadaşova məlumat verib.

Onun sözlərinə görə, Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

Studio tipli mənzillər – 48 120 manat

2 otaqlı mənzillər – 69 240 manat

3 otaqlı mənzillər – 87 480 manat

4 otaqlı mənzillər – 118 800 manatdan başlayır

Satış prosesi “Güzəştli mənzillərin satışına dair qaydalar”a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.


media-adspc

Bənzər xəbərlər