Moskva vilayətinə PUA hücumu olub
Pilotsuz uçuş aparatının Moskva vilayətinə hücumu nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
ERAmedia xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.
Onun sözlərinə görə, Podolsk şəhər dairəsinin Klimovsk mikrorayonunda 57 yaşlı kişi həlak olub. Qalıqların düşməsi nəticəsində “Oktyabrın 50 illiyi” prospektində üç avtomobil yanıb. İlkin məlumata görə, 37 yaşlı qadın xəsarət alıb, onun vəziyyəti dəqiqləşdirilir.
Qəlpələr çoxmərtəbəli yaşayış binasının şüşələrinə də ziyan vurub. Binanın daşıyıcı konstruksiyaları zədələnməyib, uçqun təhlükəsi yoxdur.
Hadisə yerində operativ xidmət əməkdaşları çalışırlar.










