media-whatsapp-image-2026-10-08-at-12-44-06

Rusiyanın texnologiya şirkəti “Yandex” ölkənin Ryazan vilayətində yerləşən məlumat mərkəzində yaranan zərər səbəbindən fəaliyyətlərin tamamilə dayandırıldığını açıqlayıb.

ERAmedia xəbər verir ki, Ukraynanın gecə saatlarında Rusiyanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyi bildirilib.

Şirkətin açıqlamasında Ryazan vilayətinin Sasovo şəhərində yerləşən məlumat mərkəzinin infrastrukturunun bir hissəsinin zədələndiyi qeyd olunub.

Məlumat mərkəzində fəaliyyətlərin tamamilə dayandırıldığı bildirilib. Zərərin aradan qaldırılması və təsirlənmiş xidmətlərin yenidən fəaliyyətə başlaması üçün işlərin davam etdiyi vurğulanıb.

Açıqlamada vəziyyətin nəzarət altında olduğu və xəsarət alanların olmadığı bildirilib. Yandex-in əsas xidmətlərinin normal fəaliyyətini davam etdirdiyi, lakin bəzi xidmətlərə çıxışda problemlər yarana biləcəyi qeyd olunub.

“Yandex”in 2014-cü ildə istifadəyə verdiyi Sasovo məlumat mərkəzi maşınqayırma istehsalçısı Sasta şirkətinin keçmiş zavod binalarının bir hissəsində yerləşir.

Vural


media-adspc

Bənzər xəbərlər