media-videoedited
media-metal-2
media-shehidler_olmez_baner_full

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan qara metallar və onlardan hazırlanan məmulatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

ERAmedia  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin 9 ayında ölkəyə 692.3 min ton qara metal və metal məmulatı idxal olunub. Bunun dəyəri 815.26 milyon dollar təşkil edib. 2024-cü ilin eyni dövründə isə idxal göstəriciləri daha yüksək olub – 762.2 min ton həcmində qara metal və metal məmulatı 873.55 milyon dollar dəyərində gətirilib.

Beləliklə, illik müqayisədə idxal həcmi 9.2 faiz, dəyər ifadəsində isə 6.7 faiz azalıb.


media-adspc

Bənzər xəbərlər