Onlar ABŞ-İran danışıqlarında gizli məlumatları yayıblar
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Trampın xüsusi elçisi Stiv Uitkoff ABŞ ilə İran arasında aparılan gizli danışıqları şəxsi maliyyə maraqları üçün istifadə ediblər.
ERAmedia xəbər verir ki, bu barədə “Drop Site News” anonim iranlı rəsmiyə istinadən məlumat yayıb.
Bildirilib ki, onlar həssas informasiyaları yayıblar. Həmin məlumatın ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensə vasitəçilər üzərindən çatdırıldığı bildirilir.
ABŞ administrasiyası isə belə bir mesajın alındığını qəti şəkildə təkzib edib. Ağ Ev rəsmisi Drop Site News-a açıqlamasında bu xarakterli heç bir müraciətin vitse-prezidentə və ya onun komandasına çatdırılmadığını bildirib və ittihamları yalan adlandırıb.
Hazırda iddiaları təsdiqləyən müstəqil sübut və ya rəsmi sənəd açıqlanmayıb. Buna görə də məlumat yalnız anonim mənbənin iddiasına əsaslanır və ABŞ tərəfindən rədd edilir.









