Pakistanla Əfqanıstan arasında toqquşma, 60 nəfər həlak olub
Əfqanıstanın altı sərhəd əyalətində Pakistan və Əfqanıstan qüvvələri arasında baş verən toqquşmalarda 60-dan çox insan həlak olub.
ERAmedia xəbər verir ki, Taliban sözçüsü Zəbihullah Mücahid Kunarda təxminən 40 Pakistan əsgərinin öldürüldüyünü bildirib. Pakistan təhlükəsizlik mənbələri 22 Taliban əməliyyatçısının öldürüldüyünü yazır
Mücahid xəbərdarlıq edib ki, Pakistan Kabilə və ya böyük şəhərlərə hücum edərsə, Əfqanıstan “onların əsas mərkəzlərinə və vacib şəhərlərinə zərbələr endirəcək” və Taliban döyüşü qızışdırmaq istəmir, əksinə qisasını alır.










