media-combined
media-photo_114145
media-shehidler_olmez_baner_full

Bu ilin altı ayında ölkədə sahibkarlıq subyektlərinin sayı 6709 ədəd və ya ilin əvvəli ilə müqayisədə 3 faiz artaraq 201 min 814 ədədə çatıb.

ERAmedia  xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyev bankın 2025-ci ilin ilk altı ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, hesabat dövründə mikrosahibkarlıq 4 faiz, kiçik sahibkarlıq 1 faiz, orta sahibkarlıq 11 faiz artıb. Altı ayda bank sayı 22, filial sayı 496, BOKT sayı 54, kredit ittifaqı 36 olub.

B.Nağıyev bildirib ki, kredit portfelində bəzi istiqamətlərdə azalma olsa da, çevik idarəetmə və balanslı risk yanaşmaları ilə sabitlik qorunub.

POS-terminallarında “Az-QR” sistemini bu ilin sonunadək tətbiq ediləcəyini deyən sədrin müavini bir ay ərzində işlərin tamamlanacağını əlavə edib: “Hələ ki, “Az-QR” standartlarına keçən hər hansı bank yoxdur.

“PAŞA Bank” burada ən birinci olacaq. Çünki “Az-QR” standartını yerinə yetirmək üçün müəyyən işlər görülməlidir. Mərkəzi Bankın bu tələbi də bizim öhdəliyimizdir”.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər