media-videoedited
media-btc
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.

ERAmedia şirkətin rəsmi saytına istinadla xəbər verir ki, sentyabrın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətində 8,8 min ton Kaşaqan nefti yüklənərək göndərilib ki, növbəti yüklənmə sentyabrın 20-nə planlaşdırılır.

Xatırladaq ki, bu ilin avqust ayında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan istiqamətində nəql dayandırılmışdı.

Bu ilin 8 ayı ərzində BTC istiqamətinə nəql olunan Qazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın KMG şirkəti arasında neftinin tranziti barədə saziş 2022-ci ildə imzalanıb. 2024-cü ildə isə KMG və SOCAR Azərbaycan ərazisindən keçməklə neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılığa gəliblər.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər