media-videoedited
media-565205558_25857279160527311_6547453846517321230_n
media-shehidler_olmez_baner_full

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni təyinat olub.

ERAmedia xəbər verir ki, AQC rəhbəri Vüqar Orucun müvafiq əmri ilə tanınmış jurnalist Orxan Əli təşkilatın İcra Aparatının üzvü və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Orxan Əli 20 ildən çoxdur mətbuatda çalışır. “İki sahil” qəzeti, Modern.az saytlarında müxbir, Avtosfer.az saytında redaktor, Azpost.info saytında şef-redaktor olaraq çalışıb. Eyni zamanda Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, “Böyük İpək Yolu” təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri vəzifələrində işləyib

 

 


media-adspc

Bənzər xəbərlər