media-quterres

BMT Baş katibi Antonio Quterreş bu həftənin sonlarında Suriya hökumətinin dəvəti ilə Suriyaya səfər edəcək.

ERAmedia xəbər verir ki, Dəməşqdə o, Prezident Əhməd Əl-Şaraa, eləcə də xarici işlər naziri Əsəd Əl-Şeybani də daxil olmaqla digər hökumət rəsmiləri ilə görüşəcək.

Bu, Antonio Quterreşin Birləşmiş Millətlər Təşkilatının Baş katibi kimi Suriyaya ilk səfəri olacaq.

“Suriyada olduğu müddətdə o, Birləşmiş Millətlər Təşkilatının ölkə tarixinin bu həlledici dövründə Suriya hökumətinə və Suriya xalqına dəstək vermək öhdəliyini bir daha təsdiqləyəcək. Baş katib, həmçinin Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayacaq”, – deyə BMT-nin səfərlə bağlı açıqlamasında deyilir.


media-adspc

Bənzər xəbərlər