Rəsmi qurumdan AÇIQLAMA: Sosial şəbəkə iddiaları dezinformasiyadır
Bəzi media orqanlarında və sosial şəbəkə platformalarında Türkiyə Prezidenti ilə əlaqələndirilərək yayılan “Türkiyənin İsrailə yönəlik işğal təhdidində bulunduğu” iddiaları tamamilə əsassızdır.
ERAmedia xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyəti Kommunikasiya İdarəsi nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) “X” sosial media platformasında paylaşım edib. Paylaşımda qeyd olunub ki, sözügedən iddialar həqiqətə uyğun deyil və regional sabitliyə zərər verməyi hədəfləyən manipulyativ məzmun daşıyır.
Bildirilib ki, Turkiyə hər zaman regionda sülhün, mülki əhalinin təhlükəsizliyinin və davamlı sabitliyin təmin olunmasını prioritet hesab edir. Ölkənin xarici siyasətində beynəlxalq hüquq və diplomatik kanalların əsas götürüldüyü vurğulanıb.
Qeyd olunub ki, Türkiyə regional münaqişələrin həllində gərginliyi artıran deyil, əksinə azaltmağa yönəlmiş mövqe sərgiləyir və bütün tərəflər arasında sülhün təşviqinə çalışır.
Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin region xalqlarının təhlükəsizlik və rifah içində yaşamasını prioritet etdiyi bildirilib.
Məlumatda həmçinin, ictimaiyyətə manipulyativ məzmunlara və təsdiqlənməmiş iddialara etibar etməmək çağırışı edilib.
Vural









