Rumıniyada güclü yağışda bir qəsəbə su altında qaldı
Rumıniyanın mərkəzi hissəsində yerləşən Prahova vilayətinin Buşteni qəsəbəsində yağan güclü yağış nəticəsində küçə və prospektlər su altında qalıb.
ERAmedia Rumıniyanın Milli Xəbər Agentliyinə (AGERPRES) istinadən xəbər verir ki, gün ərzində davam edən leysan yağışları səbəbindən dağlardan gələn sel suları Buşteni qəsəbəsinin küçə və yollarını basıb.
Sel sularının yolları bağlaması nəticəsində çoxlu sayda avtomobil axına qapılıb, yaşayış evləri və kommersiya obyektlərini su basıb.
Məlumata görə, bölgədə fövqəladə hallar xidmətinin əməkdaşları hazır vəziyyətdə saxlanılır. Selin zərər vurduğu ərazilərdə yolların təmizlənməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Əli Fərhad









