Rusiya bu məsələdə müsəlmanlardan son dərəcə qorxur
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyaya səfər edən Bruneyin xarici işlər naziri Dato Əriyan Yusof ilə Moskva şəhərində görüşüb.
ERAmedia xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov Yaxın Şərqdəki gərginliklərin qlobal nüvə təhlükəsizliyinə təsirinə diqqət çəkib.
Lavrov bildirib ki, “bu gedişlə İran, ABŞ-ın tələblərinə tam zidd olaraq, nüvə silahına sahib olmaq istəyən qüvvələrə yol aça bilər.
“İran əleyhinə başlanan hər hansı hərbi əməliyyat, nüvə istehsalına yönəlmiş səyləri gücləndirə bilər. Bu yalnız İran üçün keçərli deyil, belə bir tendensiya İranın qonşu ərəb ölkələrində də başlaya bilər”, – Lavrov deyib.
XİN rəhbəri ABŞ və Rusiyanın mövcud nüvə arsenalını qlobal sabitliyin bir hissəsi kimi gördüyünü, lakin nüvə silahlanma riskini yalnız Yaxın Şərq və müsəlman coğrafiyası ilə əlaqələndirdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, İran və ya qonşu ərəb ölkələrinin nüvə potensialına malik olması bir “təhlükə” kimi təqdim olunur, halbuki Rusiyanın öz arsenalı müzakirə mövzusu deyil.
Lavrovun “İrandan sonra qonşu ərəb ölkələri də bu yola gedə bilər” xəbərdarlığı, əslində İslam dünyasının texnoloji və hərbi gücünü artırmasından doğan narahatlığın ifadəsidir.
O bildirib ki, Qərb və Rusiya arasında münaqişələr nə qədər şiddətli olsa da, müsəlman ölkələrinin nüvə gücünə çevrilməsi məsələsində ortaq narahatlıq mövcuddur. Lavrovun sözləri, ABŞ-ya yönəldilmiş kimi görünə bilər, amma əslində müsəlman dövlətlərinin nüvə caydırıcılığına malik olmasının Rusiyanın özünü üçün “fəlakət” kimi qiymətləndirildiyini göstərir.
Bu baxımdan Rusiya, müsəlman dünyasının nüvə gücü halına gəlməsini ABŞ-dan da böyük bir mövcudluq təhlükəsi olaraq qiymətləndirir.









