media-b5e3092aaf3a061cb2211ad20c1259b0

Ukrayna Xarici İşlər Naziri Andrey Siqiba prezidentlər Vladimir Zelenskinin Vladimir Putinlə görüşə biləcəyini bildirib.

ERAmedia xəbər verir ki, Ukrayna XİN-in rəhbəri sosial şəbəkədə yaydığı məlumatında fikrini bu cür tamamlayıb: “Prezidentlər Ərdoğan və Trampın iştirakı ilə Türkiyədə liderlərin Zelenski-Putin formatında görüşünə hazırıq.”

Nazir həmçinin bildirib ki, Ukrayna bu yaxınlarda fikrini türk tərəfdaşlarına çatdırıb, çünki Türkiyənin “sülh səylərində mühüm rol oynayacğına əmindir”.

Xatırladaq ki, Putin dəfələrlə Zelenskiyə Moskvada görüş təklif edib, sonuncu belə dəvət Kremldən 2026-cı ilin fevral ayında gəlib.

Siqia bu təklifi “qəbuledilməz” adlandırıb, Zelenski isə Putinnin belə dəvətlərini “görüşü təxirə salmağa xidmət etdiyini” bildirib.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər