media-888cd348-6fa3-4033-98bb-5dbba7a6cfff

Milli Məclisin sabiq deputatı Etibar Əliyev hesab edir ki, Azərbaycanda fundamental elmi əsərlərin tərcüməsində uzun illərdir ciddi gecikmələr müşahidə olunur.

ERAmedia-ya açıqlamasında Etibar Əliyev bildirib ki, elm fəlsəfəsinin görkəmli nümayəndəsi Tomas Kun 1962-ci ildə yazdığı “Elmi inqilabların strukturu” əsəri ilə dünya elmi fikrində dönüş yaradıb.

Onun sözlərinə görə, müəllif bu əsərdə elmi dövriyyəyə “paradiqma” və “paradiqmaların dəyişməsi” anlayışlarını gətirib, kitab isə biliyin sosiologiyasında mühüm hadisə kimi qiymətləndirilib.

“Əsər hələ 1975-ci ildə rus dilinə tərcümə olunmuşdu. Təəssüf ki, Azərbaycan dilinə tərcüməsi yalnız 54 il sonra baş tutub. Bu fakt göstərir ki, fundamental elmi əsərlərin tərcüməsində ciddi gecikmələr yaşayırıq”, – deyə sabiq deputat vurğulayıb.

Etibar Əliyev qeyd edib ki, “Elmi inqilabların strukturu” dünyanın müxtəlif dillərində ümumilikdə 1 milyondan artıq tirajla nəşr olunub və elm fəlsəfəsinin ən çox oxunan əsərlərindən biri hesab edilir.

O, həmçinin xatırladıb ki, Tomas Kun sonradan “Elmi inqilabların strukturundan sonra” adlı kitabını da qələmə alıb.

“Ümid edirəm ki, həmin əsərin Azərbaycan dilinə tərcüməsini gözləmək üçün daha 20-30 il vaxt itirməyəcəyik”, – deyə Etibar Əliyev əlavə edib.


media-adspc

Bənzər xəbərlər