Savaş tarixində bir ilk: İran ABŞ-ın F-15 təyyarəsini vurduğunu açıqladı
ABŞ–İsrail ilə İran arasında baş verən münaqişənin 5-ci günündə Teharandan diqqətçəkən açıqlama yayılıb.
ERAmedia xəbər verir ki, İran rəhbərliyi ABŞ-a məxsus və “yenilməz” hesab edilən F-15 döyüş təyyarəsini yerli hava hücumundan müdafiə sistemləri ilə vurduğunu iddia edib. Əgər iddia təsdiqlənsə, F-15-in təxminən 50 illik xidmət tarixində ilk dəfə düşmən atəşi ilə vurulması hadisəsi kimi qeydə alınacaq.
Yaxın Şərqdə gərginlik ABŞ-ın “Operation Epic Fury” (Əfasanəvi qəzəb əməliyyatı) adını verdiyi hava əməliyyatı ilə pik həddə çatarkən, Küveyt səmasında baş verənlər hərbi ədəbiyyatda mühüm yer tutacaq kimi görünür.
İran İnqilab Keşikçilərinə yaxın “Tesnim” xəbər agentliyinin məlumatına görə, İran öz istehsalı olan hava hücumundan müdafiə sistemləri ilə Küveyt–İran sərhəd xəttində 3 ABŞ döyüş təyyarəsini vurub.
Vurulan təyyarələrdən birinin qalıqlarının Küveyt ərazisinə düşdüyü, pilotun isə fırlanma oturacağı ilə çıxaraq sağ qaldığı bildirilib.
Sosial şəbəkələrdə bir təyyarənin havada alov alaraq dik bir dönüşlə yerə çırpılması və pilotun paraşütlə yerə enməsini göstərən videolar geniş müzakirə yaradıb.










