Ölkə iqtisadiyyatı üçün müsbət göstərici-sement ixracında artım
2025-ci ilin 7 ayı ərzində Azərbaycandan 34 milyon 761 min dollar dəyərində 541 min 401 ton sement (hazır və ya klinker formasında) ixrac olunub.
ERAmedia Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
2024-cü ilin ilk 7 ayında Azərbaycandan 26 milyon 186 min dollar dəyərində 423 min 887 ton sement ixrac olunmuşdu.
Beləkilə, bu il Azərbaycandan sement ixracı dəyər ifadəsilə 8 milyon 575 min dollar və ya 32,7%, miqdar ifadəsilə 117 min 514 ton və ya 27,7% artıb.