Seray Kayadan ayrılıq iddialarından sonra diqqətçəkən paylaşım
Türkiyəli aktrisa Seray Kaya Sahra Işığın keçmiş həyat yoldaşı İdris Aybirdi ilə münasibətində ayrılıq yaşandığına dair iddialar gündəmdə olarkən sosial media paylaşımı ilə diqqət çəkib. Aktrisanın sözləri izləyiciləri arasında maraq doğurub.
ERAmedia xəbər verir ki, Seray Kaya ilə İdris Aybirdinin münasibətlərinin sona çatdığına dair söz-söhbətlər cütlüyün sosial şəbəkələrdəki hərəkətlərindən sonra yayılmağa başlayıb. Bu iddiaların fonunda Kayanın son paylaşımı da diqqət çəkib.
Məşhur aktrisa paylaşımında “Sandığınız değilim, sandığınız şeylerden hiçbiri değilim, sandık da değilim” ifadələrini işlədib.
Onun bu sözlərinin ayrılıq iddialarına işarə ola biləcəyi ilə bağlı şərhlər səsləndirilib.
Seray Kaya paylaşımında İdris Aybirdinin adını çəkməyib, münasibətlərinin hazırkı vəziyyəti barədə də açıq açıqlama verməyib. Buna görə də aktrisanın mesajının ayrılıq iddialarını təsdiqlədiyini demək mümkün deyil.
Vural










