Serbiyada prezident seçkilərinin vaxtı açıqlanıb
Serbiyada növbəti prezident seçkilərinin bu ilin sonu və ya gələn ilin əvvəlində keçirilməsi gözlənilir.
ERAmedia xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç açıqlama verib.
O bildirib ki, parlament seçkilərinin vaxtı prezident seçkilərinin tarixini də müəyyən edəcək.
“Əgər parlament seçkiləri oktyabr ayında keçirilərsə, prezident seçkilərinin dekabrın sonu və ya yanvarın əvvəlində təşkili mümkündür. Parlament seçkiləri noyabr ayına təsadüf edərsə, prezident seçkiləri mütləq yanvar ayında, ən geci isə fevralın əvvəlində keçiriləcək”, – deyə Vuçiç vurğulayıb.










