Sergey Koretski Ukraynanın yeni Baş naziri oldu
Sergey Koretski Ukraynanın yeni Baş naziri olub.
ERAmedia xəbər verir ki, Ali Rada (parlament) iyulun 16-da onun namizədliyini dəstəkləyib.
Koretskinin Baş nazir təyin olunmasını parlamentin 289 üzvü dəstəkləyib.
Bu həftə Ali Rada Nazirlər Kabinetinin yenilənməsi prosesinə başlayıb. Çərşənbə axşamı, iyulun 14-də parlament Baş nazir Yuliya Sviridenkonu istefaya göndərib. Müvafiq olaraq, onun bütün hökuməti də istefa verib.
Qeyd etmək lazımdır ki, Sergey Koretski 2025-ci ildən bəri “Naftoqaz Ukrayna” şirkətinə rəhbərlik edən ukraynalı menecerdir. Bundan əvvəl o, özəl biznes və enerji şirkətlərinin dövlət idarəçiliyində əhəmiyyətli təcrübə qazanıb.









