Tramp dünya çempionatının finalını izləyəcək
ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının final oyununu stadiondan izləyəcək.
ERAmedia xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
Onun sözlərinə görə, Tramp cümə günü Nyu-Yorkda Manhettendə yerləşən “Trump Tower”də FIFA-nın şərəfinə təşkil olunacaq qəbulda iştirak edəcək.
Livitt bildirib ki, prezident daha sonra iyulun 19-da Nyu-Cersi ştatında keçiriləcək dünya çempionatının final oyununu stadiondan izləyəcək. Həlledici görüşdə İspaniya və Argentina yığmaları qarşılaşacaq.
Qeyd edək ki, Trampın final matçından sonra dünya çempionatının kubokunu qalib komandaya təqdim edəcəyi gözlənilir.










