media-17578606_trump-zelenskyy-handshake-img

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

ERAmedia xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid mənbəyə istinadən məlumat yayıb.

Müzakirə olunan məsələlər açıqlanmayıb.

V.Zelenski isə bildirib ki, o, ABŞ Prezidenti Donald Trampla telefon danışığında Vaşinqton və Kiyev nümayəndə heyətlərinin Cenevrədə planlaşdırılan görüşünü, eləcə də martın əvvəlində üçtərəfli formatda keçiriləcək danışıqlara hazırlığı müzakirə edib.

Onun sözlərinə görə, danışıqda ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner də iştirak edib.

Zelenski “Telegram” kanalında yazıb ki, tərəflər Cenevrədə keçiriləcək ikitərəfli görüşdə müzakirə olunacaq məsələləri və martın əvvəlində üçtərəfli formatda danışıqlar qruplarının tam tərkibdə növbəti görüşünə hazırlığı nəzərdən keçiriblər.


media-adspc

Bənzər xəbərlər