media-17842974866295523825_1200x630

Türkiyənin Milli Kosmik Proqramının strateji hədəfləri sırasında yer alan Regional Mövqeləndirmə və Zamanlama Sistemi üçün kritik əhəmiyyət daşıyan Rubidium Atom Saatı (RAFS) “SpaceX”in “Transporter-17” missiyası çərçivəsində uğurla kosmosa buraxılıb. Kosmik aparatdan ilk siqnal da uğurla qəbul edilib.

ERAmedia  xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır açıqlama verib.

Nazir bildirib ki, RAFS Türkiyə Kosmik Agentliyinin rəhbərliyi ilə, TÜBİTAK Milli Metrologiya İnstitutunun (UME) baş podratçılığı, TÜBİTAK UZAY və İTÜNOVA-nın əməkdaşlığı əsasında tamamilə yerli imkanlarla hazırlanıb.

Rubidium atomu bir saniyə ərzində 6 milyard 834 milyon 682 min 610 dəfə titrəyərək zaman ölçülməsi üçün etalon rolunu oynayır. Kub peyki üzərində kosmik şəraitdə sınaqdan keçiriləcək RAFS-dan əldə olunacaq məlumatlar Türkiyənin rabitə, naviqasiya, peyk sistemləri və elmi kosmik missiyalarında istifadə ediləcək yüksək dəqiqlikli zamanlama texnologiyalarının inkişafına töhfə verəcək.

Layihə, eyni zamanda, Milli Kosmik Proqram çərçivəsində hazırlanmaqda olan Regional Mövqeləndirmə və Zamanlama Sistemi üçün əsas infrastruktur elementlərindən biri hesab olunur. Kosmik mühitdə aparılacaq sınaqların nəticələri gələcəkdə yerli peyk sistemləri və tezlik texnologiyalarında istifadə ediləcək yeni nəsil həllərin əsasını təşkil edəcək.


media-adspc

Bənzər xəbərlər