media-98dc99d9b760ef5d0ea5a16e0fec206b

Fars körfəzi limanlarında 3 000-dən çox gəmi Hörmüz boğazından keçmək üçün növbə gözləyir.

ERAmedia xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Hazırda dünya gəmi daşımalarının təxminən 4%-i Fars körfəzində hərəkətsiz vəziyyətdədir.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi vasitəsilə Hind okeanı ilə birləşdirir. Dünyada ixrac olunan neftin təxminən beşdəbiri məhz bu marşrutdan keçir.


media-adspc

Bənzər xəbərlər