media-1784400446-owl_detail_620_1366f0a2201ede10403f2ad44de7e29a

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində mülki şəxsləri daşıyan sərnişin avtobusuna hücum edib. 

ERAmedia xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev özünün “Telegram” kanalında yazıb.

Qəza Belqorod rayonunun Dubovoye kəndi yaxınlığında baş verib. Zərbə nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kritik hesab olunur.

Hücum zamanı avtobusdan əlavə üç minik avtomobili də zədələnib.


media-adspc

Bənzər xəbərlər