Xəzər belə bölünür
Xəzər dənizinin dünya okeanlarına təbii çıxışı olmadığı üçün klassik dəniz hüququna görə ayrıla bilməyən unikal su hövzəsidir. Ona görə də Xəzəryanı ölkələr öz yanaşmalarını qəbul ediblər – orta xətt prinsipi.
ERAmedia-nın məlumatına görə dövlətlərin sahillərindən bərabərlik xətləri çəkilməklə Xəzərin dibinin payı onların əsasında hesablanır. Belə bir mexanizm hər bir ölkənin sahil zolağının konfiqurasiyasını nəzərə alaraq daha dəqiq, coğrafi əsaslı paylama əldə etməyə imkan yaradır.
Son paylama belədir (orta xəttə görə):
Qazaxıstan – 29%
Azərbaycan — 20%
Rusiya – 19%
Türkmənistan – 18%
İran – 14%
Polad Poladlı









