media-abs-iran_-1

İran ordusu ABŞ-nin raket zərbəsi nəticəsində 7 hərbçisinin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını bildirib.

ERAmedia xəbər verir ki, bu barədə İranın dövlət mediası hərbi qurumlara istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin İranın cənub-şərqində yerləşən Bampur şəhərindəki kazarmaya endirdiyi raket zərbəsi nəticəsində 7 hərbçi ölüb, daha 13 nəfər yaralanıb. İran ordusu bunu ABŞ-nin ölkənin quru qoşunlarına qarşı həyata keçirdiyi ilk birbaşa zərbə kimi qiymətləndirib.

İran Silahlı Qüvvələri hadisəyə cavab veriləcəyini bəyan edib.

media-1784136509_whatsapp-image-2026-07-15-at-21-24-38


media-adspc

Bənzər xəbərlər