ABŞ İranla danışıqlar aparmır - Stiven Uitkoff
ABŞ İranla danışıqlar aparmır, lakin zaman-zaman iki tərəf arasında təmaslar olub.
ERAmedia xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “CNBC” telekanalına müsahibəsində deyib.
Tehranla razılaşmanın əldə olunacağına inamını ifadə edən diplomat əks halda “bütün dünya üçün pis günlərin başlayacağını bildirib. “Ümid edək ki, konsensus əldə olunacaq”, – deyə Stiven Uitkoff əlavə edib.










