media-1748948580_abs-ordusu

İsrailin İranla müharibəsi dövründə İraq ərazisində hərbi fəaliyyət göstərdiyi ilə bağlı yeni iddialar gündəmə gəlib.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib ki, İraqın Ənbar əyalətində yaradılan müvəqqəti baza İranı bombalayan İsrail təyyarələrinə dəstək məqsədi daşıyıb.

Onun sözlərinə görə, hazırda İraqın Nəcəf əyalətində də daha bir İsrail bazasının qurulması ilə bağlı məlumatlar yayılır. K.Rövşənoğlu xatırladıb ki, mart ayında ABŞ ordusunun Nəcəf səhrasına desant çıxardığı barədə xəbərlər yayılmış, daha sonra həmin qüvvələrlə İraq ordusu və Həşd-Şabi qüvvələri arasında toqquşma yaşandığı bildirilmişdi.

Araşdırmaçı jurnalist qeyd edib ki, sonradan geri çəkilən həmin qüvvələrin əslində Amerika silah və texnikasından istifadə edən İsrail ordusu olduğu barədə məlumat ortaya çıxıb. O bildirib ki, İraq Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərindən biri Nəcəf səhrasına eniş etməyə çalışan və İraq ordusu ilə qarşıdurmaya girən qüvvələrin israillilər olduğunu açıqlayıb.

Kənan Rövşənoğlunun fikrincə, bu hadisələr İraq ərazisində məlum olandan daha çox İsrail bazasının mövcud ola biləcəyini göstərir. O hesab edir ki, bu faktlar eyni zamanda İraq ərazisinin ABŞ-ın ciddi nəzarəti altında olduğunu və Vaşinqtonun burada istədiyi addımları ata bildiyini ortaya qoyur.

Jurnalist əlavə edib ki, yayılan məlumatların təsiri altında İraq hökuməti ötən həftə yeni hava hücumundan müdafiə sistemlərinin alınması üçün büdcə ayırıb və bununla bağlı alış prosesinə start verilməsi barədə qərar qəbul edib.

Rövşənoğlu vurğulayıb ki, bütün bu hadisələr İraqın hələ də tam şəkildə öz suverenliyini bərpa edə bilmədiyini nümayiş etdirir.

Vural


media-adspc

Bənzər xəbərlər