Ağ Evin İranın “qeyd-şərtsiz təslim olma” TƏLƏBLƏRİ
ABŞ administrasiyası Prezident Donald Trampın İran üçün irəli sürdüyü “qeyd-şərtsiz təslim olma” tələbinin detallarını və hərbi əməliyyatların gözlənilən müddətini açıqlayıb.
ERAmedia xəbər verir ki, Ağ Ev bu tələbin İranın bir daha təhdid yaratmayacağı ana qədər qüvvədə qalacağını bəyan edib.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi isə bu açıqlamalara sərt reaksiya verib. O, Trampı nüvə danışıqlarını “daşınmaz əmlak müqaviləsi” kimi aparmaqda və uğursuzluqdan sonra qisas məqsədilə ölkəni bombalamaqda ittiham edib.
Xatırladaq ki, fevralın 28-dən başlayan əməliyyatlar nəticəsində İranın hərbi infrastrukturu zərbələrə məruz qalıb.










