media-2_-83

Brüssel İranla bağlı mümkün ssenarilərə, o cümlədən hərbi qarşıdurmaya hazırlaşır.

ERAmedia xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) bərabərlik, hazırlıq və böhran idarəçiliyi üzrə komissarı Hadya Lahbib bildirib.

O əlavə edib ki, Aİ-nin humanitar mexanizmləri yalnız ehtiyac əsasında işə salınacaq: “Məqsəd insanlara yardım etməkdir, hökumətlərə deyil”. Komissarın sözlərinə görə, hər hansı bir mümkün zərbə regionun sabitliyinə mənfi təsir göstərə bilər, bu isə Əfqanıstandan Pakistanadək olan geniş ərazini əhatə edir.

Xatırldaq ki, yanvar ayında Ağ Ev İrana ciddi xəbərdarlıq etmişdi ki, Tehran ədalətli razılaşma üçün danışıqlar masasına əyləşməsə, güc tətbiq etməyə hazırdır. ABŞ administrasiyası ilə nəzərdə tutulan “ədalətli razılaşma”nın məqsədi İranda nüvə silahından tam imtina olunmasıdır. İrana aid rəsmilər isə dəfələrlə atom bombası yaratmaq niyyətlərinin olmadığını bəyan ediblər.

Pentagon Yaxın Şərqdə iki nüvə daşıyıcılı təyyarədaşıyan qrup da daxil olmaqla əhəmiyyətli qüvvələr cəmləşdirib. ABŞ administrasiyası 19 fevral tarixində bildirib ki, İrandan razılaşma əldə etmək üçün maksimum 15 gün vaxt ayrılıb.


media-adspc

Bənzər xəbərlər