media-347591302664260

Rusiya iqtisadiyyatı faktiki olaraq iflas həddinə yaxınlaşıb və ölkədə inflyasiya səviyyəsi 30 faizə çatıb.

ERAmedia  xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stabb Davos çərçivəsində “Avropa özünü qoruya bilərmi?” mövzusunda panel müzakirəsində çıxışı zamanı bildirib.

Prezidentin sözlərinə görə, Ukraynaya qarşı başladılan müharibə Vladimir Putin üçün strateji uğursuzluqla nəticələnib.

O qeyd edib ki, Rusiya hərbi əməliyyatlar nəticəsində Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət etsə də, bu prosesdə Rusiya Silahlı Qüvvələrinin sıralarında təxminən bir milyon nəfər ya həlak olub, ya da yaralanıb. Onun fikrincə, bu itkilər uzunmüddətli perspektivdə Rusiyanın həm hərbi, həm də sosial-iqtisadi dayanıqlığını ciddi şəkildə zəiflədir.

Finlandiya prezidenti çıxışında Rusiyanın beynəlxalq mövqelərinin də zəiflədiyini vurğulayıb. Stabb bildirib ki, “imperiya Rusiyası” öz təsir dairəsinin mühüm hissəsini itirib və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Cənubi Qafqaz dövlətləri də getdikcə Moskvadan uzaqlaşır. Onun sözlərinə görə, bu proses təkcə hərbi münaqişələrin nəticəsi deyil, eyni zamanda Rusiyanın daxili iqtisadi problemləri və beynəlxalq aləmdə etimad itkisi ilə birbaşa bağlıdır.


media-adspc

Bənzər xəbərlər