media-a899567a-b8c8-451b-a982-5c4b40299aee

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd əl-Şaraa ilə telefon danışığı aparıb.

ERAmedia xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran ölkənin “NSosyal” sosial platformasındakı hesabında məlumat verib.

Məlumata görə, tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyətini və Suriyadakı son hadisələri müzakirə ediblər.

Ərdoğan vurğulayıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyünə, birliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük önəm verir.

Türkiyə lideri qeyd edib ki, bu ölkə ərazisinin terrorçulardan tam təmizlənməsi təkcə Suriya üçün deyil, bütün region üçün zəruridir.

Ərdoğan Ankaranın xüsusilə terrorla mübarizə sahəsində Dəməşqə dəstəyini genişləndirməyə davam edəcəyini bildirib.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər